Araz” supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət edib
Gündəm
“ARAZ” ŞƏHİD ƏMƏKDAŞLARININ AİLƏLƏRİNİ ZİYARƏT ETDİ – ZƏFƏR GÜNÜNDƏN DUYĞULANDIRAN ADDIM! 🇦🇿
Expressxeberler.az xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid əməkdaşlarının ailələrini ziyarət edib.
Şəbəkənin İdarə Heyətinin üzvləri və rəhbər şəxslər Bakıda və müxtəlif rayonlarda yaşayan şəhid ailələrinin evlərinə baş çəkərək valideynləri və yaxınları ilə görüşüblər. Ailələrin vəziyyəti və rifahı ilə maraqlanıb, onlara mənəvi dəstək göstəriblər.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsinin 9 əməkdaşı Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olub. Onların arasında Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev də var. Şəhid əməkdaşların hər biri qəhrəmanlıqlarına görə orden və medallarla təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
#Expressxeberler.az #Araz #ZəfərGünü #Şəhidlər



