Nəfəsin ailəsində ağır gün: Atasının beyin ölümü baş verdi – Həkimlər 2 gün vaxt verdi
Gündəm
Nəfəsin ailəsində ağır gün: Atasının beyin ölümü baş verdi – Həkimlər 2 gün vaxt verdi.
Expressxeberler.az xəbər verir ki, tanınmış müğənni Nəfəsin ailəsində ağır günlər yaşanır. Müğənninin atası Türkiyənin İzmir şəhərində xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, mədə xərçəngindən əziyyət çəkir. Vəziyyətinin ağırlaşması nəticəsində beyin ölümü baş verib, hazırda isə yalnız ürəyi döyünür.
Bu barədə müğənni Nəfəsin bacısı, müğənni Fatimə Məmmədli Expressxeberler.az-a məlumat verib.
Fatimə bildirib ki, atası İzmir şəhərində xəstəxanada müalicə alırmış. Həm ailə üzvləri, həm də həkimlər onun sağalması üçün əllərindən gələni etsələr də, nəticə əldə olunmayıb. Həkimlər ailəyə 2 gün ərzində baş verə biləcək hadisələrə hazır olmalarını deyiblər.
Fatimə digər paylaşımında isə həmin şəxsin onun və bacı-qardaşlarının doğma atası olmasa da, onlara heç vaxt atasızlıq hiss etdirmədiyini vurğulayıb:
“Bacı-qardaşım və mənim üçün bəli, o ata olub. Bizə heç vaxt atasızlığı hiss etdirmədi. Mənim doğma atam dünyasını dəyişdi, biz bu acını 2011-ci ildə yaşadıq. İndi yenə yaşayırıq. Çünki bizə əsl kişi kimi atalıq etdi”.
O, çətin günlərdə ailəsinə dəstək olan, zəng edən və dualarını əsirgəməyən hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Nəfəsin anası 2012-ci ildə sözügedən şəxslə ailə həyatı qurub. Müğənninin bioloji atası isə 2011-ci ildə vəfat edib.
Fatimə paylaşımında insanlara doğmalarının qədrini bilməyi tövsiyə edərək həyatın qısa olduğunu xatırladıb.
#Nəfəs #FatiməMəmmədli #Expressxeberler.az



