Mustafa”nın yeni layihəsi bəlli oldu
Dünya
“Kızılcık Şerbeti”nin Mustafa obrazı ilə tanınan aktyorun yeni serialı bəlli oldu
Expressxeberler.az xəbər verir ki, Türkiyəli aktyor Emrah Altıntoprakın yeni layihəsi məlum olub.
Aktyor TV8 telekanalında yayımlanacaq “Mükemmel Anneler” serialının heyətinə daxil olub. O, ekran işində Cengiz obrazına həyat verəcək.
Pem Yapımın istehsalı olan serialın rejissoru Koray Kerimoğlu, ssenari müəllifi isə Sevgi Yılmazdır.
Layihədə Deniz Çakır, Ebru Özkan, Pelin Akil, Dolunay Soysert və Ferit Kaya kimi tanınmış aktyorlar da yer alacaq.
Serialın çəkilişlərinə dekabrın əvvəlində başlanması, ekran işinin isə 2027-ci ildə tamaşaçılara təqdim olunması planlaşdırılır.
#Expressxeberler.az #EmrahAltıntoprak #MükemmelAnneler #Türkiyə
24
baxış



