Makron: Fransada yanacaq qiymətləri dözülməz həddə çatıb

6aace1fb02e8bd3fdd7f5d6f İqtisadiyyat
14:09 Expressxeberler.az

Fransa Prezidenti Emmanuel Makron İran ətrafında vəziyyətin gərginləşməsi fonunda ölkədə yanacağın qiymətinin kəskin artmasının vətəndaşlar üçün ciddi problemə çevrildiyini bildirib.

Expressxeberler.az xəbər verir ki, Makron bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Fransa lideri qeyd edib ki, fransızlar qiymət artımını birbaşa yanacaqdoldurma məntəqələrində hiss edirlər və mövcud vəziyyət onlar üçün dözülməz hala gəlib.

Onun sözlərinə görə, blokadalar əhalinin gündəlik həyatına, o cümlədən avtomobil yanacağının qiymətinə birbaşa təsir göstərib.

Makron daha əvvəl hökuməti ölkənin yanacaqla kifayət qədər təmin olunması və qiymətlərin nəzarətdə saxlanılması üçün səylərin səfərbər edilməsinə çağırıb.

Bizim Telegram kanalımıza abunə olun
Paylaş: