Bu gün Şəhid Ülvinin anım günüdür

IMG_5753 Gündəm
10:14 Expressxeberler.az

Şəhid Ülvi Mikayılovun anım günüdür

Expressxeberler.az xəbər verir ki, bu gün 2023-cü il sentyabrın 20-də keçirilən lokal antiterror tədbirləri zamanı şəhid olan Mikayılov Ülvi Bəhruz oğlunun anım günüdür.

Ülvi Mikayılov 2004-cü il avqustun 20-də Bakı şəhərinin Binəqədi rayonunda anadan olub. Orta təhsilini Füzuli şəhərində yerləşən 148 nömrəli tam orta məktəbdə alıb.

O, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı hərbi tapşırığını yerinə yetirərkən şəhid olub.

Ailəsinin sözlərinə görə, Ülvi uşaqlıqdan hərbiyə böyük maraq göstərib, idmanla məşğul olub və gələcəkdə polis olmaq arzusunda olub. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər isə onun üçün xüsusi əhəmiyyət daşıyıb.

Şəhidin atası bildirib ki, Ülvinin ən böyük arzularından biri azad edilmiş Füzuli torpağında yaşamaq olub. Onun vəsiyyətinə uyğun olaraq Ülvi Füzulidə dəfn edilib. Ailəsi də daha sonra Füzuliyə köçərək orada yaşamağa başlayıb.

Ülvi Mikayılov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

 

12 baxış
Paylaş: