Fransız kəşfiyyatı xəbərdarlıq etdi: Rusiya 2027-ci ilin payızında hücuma keçə bilər

IMG_5862 Dünya
09:15 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Fransa kəşfiyyatı Rusiyanın Avropaya qarşı mümkün hərbi hücumu ilə bağlı yeni qiymətləndirmə aparıb.

İddialara görə, əvvəlki proqnozlarda 2030-cu il əsas ssenari kimi nəzərdən keçirilsə də, yeni qiymətləndirmədə mümkün hücum üçün zamanın daha erkən ola biləcəyi bildirilir.

Fransız kəşfiyyatının qiymətləndirməsinə əsasən, 2027-ci ilin payızı Rusiyanın Avropaya qarşı mümkün hərbi əməliyyat başlada biləcəyi dövr kimi göstərilir.

Qeyd olunur ki, bu, hücumun mütləq baş verəcəyi anlamına gəlmir və kəşfiyyat qiymətləndirməsi ehtimal üzərində qurulub.

8 baxış
Instagram səhifəmizə abunə olun
Paylaş: