“Ömer Baba” ədliyyədə! “Kurtlar Vadisi” aktyoru belə gətirildi-VİDEO
Dünya
Expressxeberler.az xəbər verir ki, “Kurtlar Vadisi Pusu” serialında “Ömer Baba” obrazını canlandıran aktyor Emin Olcay Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında ölümü ilə bağlı yenidən başladılan istintaq çərçivəsində Silivri Ədliyyəsinə gedərək ifadə verib.
Olcay istintaq çərçivəsində “məlumat sahibi” qismində dindirilib. Aktyor daha əvvəl “Kurtlar Vadisi Pusu” serialının bəzi bölümlərində Kaşif Kozinoğluna bənzədilən “Kazım Kaşifoğlu” obrazı ilə bağlı səhnələr və serialın ssenarisindəki dəyişikliklər barədə açıqlamalar verib.
Ədliyyə binasına daxil olarkən jurnalistlərə danışan Emin Olcay bildirib ki, əvvəlcə prokurorla görüşəcək və ifadəsini verdikdən sonra açıqlama verə bilər.
Expressxeberler.az olaraq hadisənin yeni təfərrüatlarını diqqətdə saxlayırıq.



