Prezident ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etdi- FOTOLAR

IMG_6368 Gündəm
20:30

İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etdi

Expressxeberler.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib.

Görüş zamanı dövlət başçısı bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü və Oklahomadan respublikaçı senator kimi Azərbaycana səfərini, həmçinin onunla keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Prezident qonağı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

İlham Əliyev 2026-cı ilin Azərbaycan-ABŞ münasibətləri baxımından tarixi əhəmiyyət daşıdığını bildirib. Bu xüsusda ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərinin və səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasının əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Dövlət başçısı Azərbaycan-ABŞ münasibətlərinin ən yüksək səviyyəyə çatmasında və regionda sülhün təmin edilməsində ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib. Azərbaycanın da ABŞ ilə əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammitinə toxunan Prezident İlham Əliyev regionda yeni vəziyyətin yarandığını və artıq bir ildən çoxdur sülh şəraitində yaşandığını bildirib.

ABŞ-nin daxili təhlükəsizlik naziri Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə əldə olunan nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib və bu prosesdə Donald Trampın rolunu xüsusi qeyd edib.

Markveyn Mullin TRIPP layihəsinin əhəmiyyətinə də toxunub. O, dəhlizin tam fəaliyyətə başlamasının Azərbaycanla Ermənistan arasında, eləcə də regionlar arasında nəqliyyat bağlantılarının, iqtisadi və ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini bildirib.

Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyəti vurğulanıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #İlhamƏliyev #ABŞ #Azərbaycan

11 baxış
Paylaş: