Belçikalı deputat gecəni parlamentin tualetində keçirib
Dünya
Belçikanın Vlaams Belang partiyasından olan deputat Frederik Ehrens Brüsseldə parlament binasındakı tualetin qapısında ilişib qalaraq gecəni orada keçirməli olub.
Expressxeberler.az xəbər verir ki, VRT-nin məlumatına görə, deputat axşam evə getməzdən əvvəl parlament kompleksindəki tualetə daxil olub. Lakin qapının bir hissəsi qopub və Ehrens oradan çıxa bilməyib.
“Bir parçası qopdu və mən oradan çıxa bilmədim”, – deyə deputat bildirib.
Ehrens qapını döysə də, həmkarlarının əksəriyyəti artıq binanı tərk etdiyindən onu eşidən olmayıb. Üstəlik, deputat telefonunu iş masasının üzərində unutduğu üçün heç kimə zəng edə bilməyib.
O, gözətçinin səsini eşidəcəyinə ümid edərək uzun müddət qapını döyüb. Lakin siyasətçini yalnız səhər saatlarında təmizlik işçisi azad edə bilib.

