Pakistanda partlayış: 16 nəfər ölüb

1092693 Dünya
16:21 Expressxeberler.az

Pakistanın Kohat şəhərində polis binasının yaxınlığında partlayış baş verib.

Expressxeberler.az xəbər verir ki, “Geo TV”nin yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə, hadisə nəticəsində 16 nəfər, o cümlədən 5 polis əməkdaşı həlak olub.

Məlumata görə, hücum intiharçı tərəfindən həyata keçirilib. Xayber-Paxtunxva əyalətinin polis rəisi Zülfiqar Həmid bildirib ki, partlayıcı maddələrlə yüklənmiş avtomobil kompleksin giriş qapılarına çırpılaraq partladılıb. Bundan sonra ərazidə atışma başlayıb.

Xüsusi polis bölməsinin binasının yaxınlığında atışma zamanı daha bir partlayışın baş verdiyi bildirilib. Polis rəisinin sözlərinə görə, hüquq-mühafizə orqanları ilə silahlı şəxslər arasında baş verən atışmada 3 yaraqlı öldürülüb.

Hadisə nəticəsində onlarla insanın yaralandığı və xəstəxanalara yerləşdirildiyi qeyd olunub.

Xilasedicilər partlayışın məscidin xarici hissəsinə ciddi ziyan vurduğunu, həmçinin divarlardan birinin uçduğunu bildiriblər.

WhatsApp kanalımıza qoşulun
Paylaş: