Fransa Müdafiə Nazirliyi: Ukraynada qış çətin olacaq
Dünya
Fransa Müdafiə Nazirliyinin nümayəndəsi Elis Rufus qarşıdan gələn qışın Ukrayna üçün çətin keçəcəyini bildirib.
Expressxeberler.az xəbər verir ki, Rufus bu barədə BFMTV-yə müsahibəsində danışıb.
“Ukraynada qış çətin olacaq – bunu hamı bilir”, – deyə o bildirib.
Bundan əvvəl Ukraynanın Baş naziri Sergey Koretski qarşıdan gələn qışı ölkə üçün əsas çətinlik kimi qiymətləndirib.
Keçmiş Britaniya diplomatı Tim Uilsi-Uilsi də Kiyevin qarşıdan gələn qışla bağlı narahatlıq keçirdiyini bildirib.

