Dövlət qurumlarının saytlarına kiberhücum olub

IMG_0951 Sosial
10:43 Expressxeberler.az

Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problemlər yaranıb.

Expressxeberler.az xəbər verir ki, məsələ ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 13-də saat 22:00 radələrindən etibarən Azərbaycanın dövlət informasiya infrastrukturuna qarşı kiberhücumlar qeydə alınıb.

Məlumata görə, hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilib və 100-dən artıq dövlət domeni hədəfə alınıb.

Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının rəsmi internet saytlarının fəaliyyətində fasilələr yaranıb. Müvafiq texniki tədbirlər nəticəsində hücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.

Dövlət Xidmətindən bildirilib ki, hazırda kibertəhlükəsizliyin təmin olunması məqsədilə tədbirlər davam etdirilir.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

6 baxış
Paylaş: