“Yasda oturub gülməli söhbət edir, başqasanın nömrəsini istəyirlər“

Screenshot Gündəm
Screenshot
02:45 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, meyxanaçı Ağamirzə Məmmədov vəfatından sonra onun üçün ehsan süfrəsi açılmasını istəmədiyini bildirib.

Sənətçi bu barədə “Ev adamı” adlı “YouTube” layihəsində danışıb. O, ölümündən sonra yaxınlarının ehsan verməsini və insanların bunun üçün əziyyət çəkməsini arzulamadığını deyib.

Ağamirzə yas mərasimlərinin qısa keçirilməsinin tərəfdarı olduğunu vurğulayıb. O, xüsusilə uzaq rayonlardan gələn insanların yolda saatlarla vaxt itirməsinə, çoxsaylı şəxslərin qəbiristanlığa aparılmasının isə nəqliyyatda sıxlıq yaratmasına diqqət çəkib.

Meyxanaçı bildirib ki, bu cür mərasimlər dərsə gedənlərə, işdən qayıdanlara və təcili yardım avtomobillərinin hərəkətinə mane olmamalıdır.

“Bir stəkan çay oldu, bəsdir. Gəl, Allah rəhmət eləsin de, 15-20 dəqiqə, lap yarım saat otur, çıx. Niyə burada oturursan? Yığıb camaatı qəbiristanlığa aparmayın. 300 nəfər aparmayın qəbiristanlığa. Xahiş edirəm sizdən.

Filan rayondan 4 saat bura gələcək, 3 saat oturacaq, 4 saat geri qayıdacaq. Vallah, bunlar lazım deyil. Namaz qılın, günahımın bağışlanmasını istəyin”, – deyə o bildirib.

Ağamirzə yas mərasimlərində məqsəddən kənar söhbətlərə də qarşı olduğunu deyərək insanların mərhumun ruhuna dua etməsinə üstünlük verdiyini qeyd edib.

#Ağamirzə #Meyxana #Ehsan #YasMərasimi #Expressxeberler #Expressxeberler.az

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

143 baxış
Paylaş: