Avtobus və metroda gedişhaqqı dəyişə bilər – Sərnişinlərə şad xəbər

IMG_1421 Cəmiyyət
12:53 Expressxeberler.az

Avtobus və metrodan istifadə edən sərnişinlər üçün yeni imkanlar yaradıla bilər. İctimai nəqliyyatda gedişhaqqı sisteminin dəyişdirilməsi və daha sərfəli ödəniş mexanizmlərinin tətbiqi müzakirə olunur.

Expressxeberler.az xəbər verir ki, təkliflər arasında aylıq, həftəlik və illik nəqliyyat paketlərinin tətbiqi, eləcə də bir gediş haqqı ilə bir neçə nəqliyyat növündən istifadə imkanının yaradılması var.

Bu dəyişikliklər reallaşarsa, sərnişinlərin ictimai nəqliyyata çəkdiyi xərclər azala bilər.

Qeyd edək ki, hazırda bu təkliflərin tətbiqi ilə bağlı yekun qərar verildiyi barədə təsdiqlənmiş məlumat yoxdur.

Ən son xəbərlər üçün Expressxeberler.az saytını izləyin.

#Nəqliyyat #Avtobus #Metro #Gedişhaqqı #Bakı #Expressxeberler #Expressxeberler.az

428 baxış
Paylaş: