Güllünü öldürən qızına ömürlük həbs cəzası verildi
Kriminal
Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı məhkəmə qərarı verilib.
Expressxeberler.az xəbər verir ki, ötən il müəmmalı şəkildə həyatını itirən müğənninin qızı Tuğyan Ülkem Gülter anasını qəsdən öldürmək ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, Güllü 2025-ci il sentyabrın 26-da Yalovanın Çınarcık rayonunda yaşadığı binanın altıncı mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə ilə bağlı aparılan araşdırmalardan sonra onun qızı Tuğyan saxlanılıb və barəsində cinayət işi açılıb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
16
baxış



