Seçkilər ABŞ-a 3 trilyon dollar zərər vurub – Tramp

IMG_3877 Gündəm
09:51

Trampdan şok açıqlama: ABŞ 3 trilyon dollar itirdi!

Expressxeberler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkənin ara seçkilərlə əlaqədar 3 trilyon dollar itirdiyini bildirib.

O, Floridadakı Con Kennedi Kosmik Mərkəzində çıxışı zamanı oktyabrda ABŞ-da iş yerlərinin sayının 165 min artdığını, lakin noyabrın 3-də ölkənin 3 trilyon dollar itirdiyini deyib.

“Ölkəmiz 3 trilyon dollar itirib və hamısı seçkilər səbəbindən”, – Tramp vurğulayıb.

Prezident sözügedən maliyyə itkisinin konkret olaraq hansı göstəricilərlə bağlı olduğunu açıqlamayıb. Daha əvvəl o, əsas səhm qiymətlərinin azalmasını ara seçkilərin nəticələri ilə əlaqələndirmişdi.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #DonaldTramp #ABŞ #Seçkilər #İqtisadiyyat

182 baxış
Paylaş: