Tanınmış iş adamı xərçəngdən ÖLDÜ-FOTO
Dünya
Expressxeberler.az xəbər verir ki, bir müddətdir xərçəng xəstəliyindən müalicə alan iş adamı oktyabrın 31-də reanimasiya şöbəsinə yerləşdirilmişdi.Türkiyənin tanınmış iş adamlarından, “Zorlu Holding”in İdarə Heyətinin sədri Ahmet Nazif Zorlu vəfat edib.
O, noyabrın 2-də axşam saatlarında İstanbulda xəstəxanaların birində dünyasını dəyişib.
Qeyd edək ki, Ahmet Nazif Zorlunun rəhbərliyi ilə inkişaf edən “Zorlu Group” tekstil, elektronika, məişət texnikası, enerji, daşınmaz əmlak, metallurgiya və müdafiə sənayesi daxil olmaqla bir sıra sahələrdə fəaliyyət göstərir.
Qrupun tanınmış şirkət və brendləri arasında “Vestel” və “Korteks” də var.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#AhmetNazifZorlu #ZorluHolding #Vestel #Türkiyə #Expressxeberler



