Moskvada “cəhənnəm gecəsi”: Anbarlar və neft emalı zavodu yanır, aeroportlar fəaliyyətini dayandırdı

IMG_5767 Dünya
11:04 Expressxeberler.az

Moskvada gecə boyu gərginlik: yüzlərlə PUA, yanğınlar və dayandırılan uçuşlar

Expressxeberler.az xəbər verir ki, ötən gecə Ukrayna tərəfindən Moskva və ətrafına genişmiqyaslı PUA hücumu həyata keçirildiyi bildirilib.

Moskva meri Sergey Sobyanin paytaxt ərazisində 186 PUA-nın vurulduğunu açıqlayıb. Moskva vilayətinə isə 250-dən çox dronun hücum etdiyi barədə məlumat yayılıb.

Hücumlar fonunda bir neçə istiqamətdə partlayış səsləri eşidilib. Moskva vilayətinin Sofyino kəndində yerləşən anbar komplekslərindən birində yanğın baş verdiyi bildirilib. Yanğının “Kari” ayaqqabı şəbəkəsinə məxsus anbarlardan birində qeydə alındığı qeyd olunur.

Ukraynanın “Fire Point” şirkəti FP-1 hücum dronları ilə Moskva vilayətindəki anbar kompleksinin məhv edildiyini açıqlayıb. Rusiya mənbələri də Sofyinoda anbar kompleksində yanğın baş verdiyini təsdiqləyib.

Bundan başqa, Moskva meri Moskva Neft Emalı Zavodunun ərazisindəki obyektlərdən birinə ziyan dəydiyini bildirib. İstra şəhərindəki sənaye müəssisəsinin də hücumdan zərər gördüyü qeyd olunur.

Təhlükəsizlik tədbirləri çərçivəsində Moskvanın bütün hava limanlarında uçuşların fəaliyyəti dayandırılıb.

15 baxış
WhatsApp kanalımıza qoşulun
Paylaş: