🇮🇷 Pezeşkian ABŞ-yə meydan oxudu: “İranı silməyi yalnız xəyal edə bilərsiniz”

IMG_7527 Dünya
00:15 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin İrana qarşı siyasətini sərt şəkildə tənqid edib və Vaşinqtonun ölkəni məhv etmək planlarının nəticəsiz qalacağını bildirib.

Pezeşkian bu barədə Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin 246 yeni layihəsinin açılış mərasimində çıxışı zamanı danışıb.

“Amerika İranı xəritədən silməyi, məhv etməyi və devirməyi yalnız xəyal edə bilər”, – deyə İran Prezidenti vurğulayıb.

O bildirib ki, İran xalqı qarşılaşdığı çətinliklərin öhdəsindən güc və qətiyyətlə gələcək, ölkənin inkişafını davam etdirəcək.

Pezeşkian bu açıqlamaları BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etdiyi Nyu-York səfərindən qayıtdıqdan sonra verib. İran Prezidenti Donald Trampın İrana yönəlik bəyanatlarını “əsassız təhdid” kimi qiymətləndirib.

İran lideri həmçinin ABŞ-nin sanksiyalarının qonşu ölkələrlə mədəniyyət, turizm və ticarət əlaqələrinin genişləndirilməsini daha da zəruri etdiyini bildirib. O, məhdudiyyətləri yeni imkanlara çevirməyin və qonşu dövlətlərlə əməkdaşlığın iqtisadi inkişafa töhfə verəcəyini qeyd edib.

Expressxeberler.az olaraq regionda baş verən son hadisələri operativ şəkildə çatdırırıq.

23 baxış
WhatsApp kanalımıza qoşulun ›
Paylaş: