İtaliyanın Baş naziri Meloni,İlham Əliyevə təşəkkürünü çatdırdı
Dünya
Expressxeberler.az xəbər verir ki, İtaliyanın Baş naziri Corcia Meloni SOCAR-ın İtaliyadakı törəmə şirkəti “Italiana Petroli”nin (IP) benzin və dizel yanacağının qiymətlərinə limit tətbiq etmək qərarına münasibət bildirib.
Meloni bu addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib. O bildirib ki, IP-nin ölkə üzrə yanacaq qiymətlərini məhdudlaşdırmaq qərarı İtaliya ailələrinə dəstək baxımından əhəmiyyətli addımdır və iki ölkə arasında əməkdaşlığı daha da gücləndirir. (La Presse)
SOCAR-ın açıqlamasına görə, qiymət məhdudiyyəti mərhələli şəkildə tətbiq olunacaq və ilk olaraq IP brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrini əhatə edəcək. Qiymət həddi minlərlə operatoru əhatə edən təchizat zəncirinin davamlılığı nəzərə alınmaqla müəyyənləşdiriləcək. (ANSA.it)
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.



