🚨 SON DƏQİQƏ: İsrail ordusundan HƏMAS-a zərbə – Komandir öldürüldü
Dünya
Expressxeberler.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Qabaıni zərərsizləşdirdiyini açıqlayıb.
İsrail ordusunun məlumatına görə, Qabaıni 2023-cü ilin oktyabrında oğurlanan 9 İsrail vətəndaşının Qəzzada girov saxlanılmasında iştirak edib.
Açıqlamada onun son dövrlərdə İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumların təşkilində, həmçinin HƏMAS-ın döyüş qabiliyyətinin bərpası istiqamətində fəaliyyət göstərdiyi bildirilib.
İsrail tərəfi həmçinin zərbə zamanı mülki əhali arasında mümkün itkiləri minimuma endirmək məqsədilə yüksək dəqiqlikli döyüş sursatlarından və havadan müşahidədən istifadə edildiyini qeyd edib.
Expressxeberler.az olaraq bölgədə baş verən son hadisələri operativ şəkildə çatdırırıq.



