🚨 Aleksandar Vuçiç Serbiya Prezidenti vəzifəsindən istefa verdi

IMG_7538 Dünya
02:25 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 27-də vəzifəsindən istefa verdiyini açıqlayıb.

Məlumata görə, Vuçiç istefa ərizəsini imzalayıb. Onun istefası ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə yol açır.

Vuçiç bundan əvvəl sentyabrın 11-də vəzifəsindən ayrılmaq niyyətində olduğunu açıqlamışdı. O, istefasının seçki kampaniyası ilə bağlı hüquqi məcburiyyət deyil, şəxsi qərarı olduğunu bildirmişdi.

Serbiyanın hakim Serb Tərəqqi Partiyası sentyabrın 5-də Vuçiçi oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərində baş nazirliyə namizəd kimi irəli sürüb.

Qeyd edək ki, Aleksandr Vuçiç 2017-ci ildən Serbiya prezidenti idi və 2022-ci ildə ikinci müddətə seçilib. Serbiya Konstitusiyasına əsasən, eyni şəxs prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

27 baxış
Paylaş: