Azərbaycanın 20-dən çox helikopteri yeni pulemyotlarla təchiz ediləcək

IMG_7535 Gündəm
02:18

Expressxeberler.az xəbər verir ki, Türkiyənin “Canik” müdafiə sənayesi şirkəti Azərbaycanın Hərbi-Hava Qüvvələrinə məxsus Mi-17 helikopterləri üçün yeni silah inteqrasiyası həyata keçirib.

Məlumata görə, 12,7×99 millimetrlik M3 ağır pulemyotunun helikopterlərdə istifadəsi üçün hazırlanan FALCON FLEX 50 sistemi Mi-17 helikopterlərinə inteqrasiya edilib.

Layihə çərçivəsində əvvəlcə Türkiyə inventarındakı Mi-17 helikopteri üzərində araşdırmalar aparılıb, daha sonra Azərbaycanda ilkin texniki işlər görülüb.

İnteqrasiyadan sonra ilk prototiplərin sınaqları Samsundakı müəssisədə simulyasiya edilib. Ardınca Azərbaycanda uçuşa yararlılıq və atış sınaqları keçirilib.

Şirkətin məlumatına əsasən, sistemlərin bu il Azərbaycan Hərbi-Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

FALCON FLEX 50 helikopterlərin qapı, pəncərə və rampa hissələrinə uyğunlaşdırıla bilən modul silah dayağıdır.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

50 baxış
Paylaş: