🚨 ABŞ və İran yenidən masa arxasında: Yeni danışıqlar bu həftə

IMG_7526 Dünya
00:13 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla danışıqların yaxın günlərdə davam etdiriləcəyini gözlədiyini bildirib.

Tramp “Axios”a müsahibəsində ABŞ və İran arasında yeni danışıqların bu həftə keçirilə biləcəyini deyib. O, İranın razılaşma əldə etmək istədiyini, lakin bunun ABŞ-ın istədiyi şərtlərə uyğun olmadığını bildirib.

ABŞ Prezidenti İrana qarşı zərbələrin yenidən başlanması ehtimalını nəzərdən keçirib-keçirmədiyi barədə suala isə “Mən bu barədə həmişə düşünürəm” cavabını verib.

“Axios”un regional mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ və İran arasında dolayı danışıqların yeni raundu sentyabrın 28-də, bazar ertəsi keçirilə bilər. Qətərin isə danışıqlarda vasitəçi kimi çıxış etdiyi bildirilir.

  • Expressxeberler.az olaraq ABŞ-İran münasibətlərindəki son gelişmələri operativ şəkildə çatdıracağıq.
33 baxış
Instagram səhifəmizə abunə olun ›
Paylaş: