🚨 Mustafa Sandalın həyat yoldaşı ilə bağlı ŞOK İDDİA: 11 milyard lirəlik əməliyyat!

IMG_7521 Gündəm
00:07 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Türkiyədə 7 şirkətə məxsus 131 fondun ləğvi ilə nəticələnən “fond böhranı” ilə bağlı yeni milyardlarla lirəlik əməliyyat iddiası gündəmə gəlib.

İddiaların sonuncusu müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandalla bağlıdır. Bildirilir ki, o, ləğv edilən fondlardan son üç ay ərzində ümumilikdə 11 milyard lirə çıxarıb.

Jurnalist Yiğit Uzun sosial media hesabında məsələ ilə bağlı Mustafa Sandalın meneceri Tekin Önal ilə danışdığını açıqlayıb.

Önal sözügedən əməliyyatların baş verdiyini təkzib etməyib və iddianın Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandalla bağlı olduğunu bildirib. Bununla yanaşı, o, Mustafa Sandalla birbaşa əlaqəli hər hansı əməliyyat və ya ittihamın olmadığını vurğulayıb.

Qeyd edək ki, 11 milyard lirəlik əməliyyatla bağlı məlumatlar hazırda iddia xarakteri daşıyır.

Expressxeberler.az olaraq mövzu ilə bağlı yeni məlumatları təqdim edəcəyik.

32 baxış
Paylaş: