13 hərbçini qətlə yetirən psixiatrın edamında şok qərar
Dünya
Expressxeberler.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Tramp bildirib ki, Hasan planlaşdırıldığı kimi güllələnmə yolu ilə edam ediləcək, lakin proses canlı yayımlanmayacaq.
ABŞ Prezidenti əlavə edib ki, bir çox insan edamın canlı efirdə göstərilməsinin əleyhinə çıxış edib. Bundan bir gün əvvəl CNN telekanalı mənbələrə istinadən Trampın və müşavirlərinin canlı yayım qərarından imtina etmək imkanını müzakirə etdiklərini bildirmişdi.
Xatırladaq ki, ABŞ ordusunun mayoru Nidal Malik Hasan 2009-cu il noyabrın 5-də “Fort-Hood” hərbi bazasında törətdiyi silahlı hücum nəticəsində 13 hərbçini öldürüb, 32 nəfəri yaralayıb. O, hücumu İraq və Əfqanıstandakı hərbi əməliyyatlara cavab olaraq törətdiyini bildirib.
2013-cü ildə ölüm cəzasına məhkum edilən Hasan hazırda Kanzas ştatının Leavenworth həbsxanasında hökmün icrasını gözləyir.
Dekabrın 3-nə planlaşdırılan edamın ABŞ ordusunda İkinci Dünya müharibəsindən bəri ilk belə edam olacağı bildirilir.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



