Şagirdlərə illik bu qədər vəsait ayrıldı

IMG_1303 Gündəm
19:53 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Baş nazir Əli Əsədov dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydalarını təsdiqləyib.

Qərara əsasən, hər bir təhsilalana düşən illik təhsil xərcləri məktəblərin növünə görə aşağıdakı kimi müəyyən edilib:

Tam orta ümumtəhsil məktəbi – 2000 manat

Lisey – 2200 manat

Gimnaziya – 2200 manat

Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi – 2500 manat

İnternat tipli lisey – 3000 manat

İnternat tipli gimnaziya – 3000 manat

Qeyd edək ki, müəyyən edilən məbləğlər baza göstəriciləridir. Bu məbləğlərə müvafiq qaydalara uyğun olaraq ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalları tətbiq edilir.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

14 baxış
Paylaş: