Kris Braunun həbs cəzası dəyişdirildi
Gündəm
Amerikalı müğənni Kris Braun gecə klubunda törətdiyi hücuma görə şərti həbs cəzasına məhkum edilib.
Expressxeberler.az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb. Müğənniyə əvvəlcə səkkiz ay həbs cəzası verilsə də, sonradan bu cəza 12 aylıq şərti həbs cəzası ilə əvəzlənib.
Hadisə 2023-cü ildə baş verib. Kris Braun musiqi prodüseri Abraham Diaunu şüşə butulka ilə iki dəfə vurub. Prodüser yerə yıxıldıqdan sonra isə müğənni onu bir neçə dəfə təpikləyib. Nəticədə Abraham Diaunun baş və diz nahiyələrindən xəsarət aldığı bildirilir.
2025-ci ildə həbs edilən müğənni 2026-cı ilin iyulunda təqsirini etiraf edib. Onun vəkili Braunun hadisə zamanı orada olan şəxslərdən üzr istədiyini bildirib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



