21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

IMG_0444 Gündəm
14:46 Expressxeberler.az

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında Aysel Babayevanın ölümü ilə bağlı başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

  • Expressxeberler.az xəbər verir ki, qafqazin-foya istinadən xəbər,verir,ki Qusar Rayon Məhkəməsinin qərarı ilə xəstəxananın doğum şöbəsində çalışan mama-ginekoloq Elmira Əsgərova təqsirli bilinib.

Məhkəmə zamanı həkimin Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan səhlənkarlıq nəticəsində ölümə səbəb olmaqda təqsirli olduğu müəyyən edilib.

Araşdırmalar nəticəsində Aysel Babayevanın vaxtında və lazımi tibbi yardım göstərilməməsi nəticəsində yaranan ağciyər trombozundan vəfat etdiyi bildirilib.

Hökmə əsasən, Elmira Əsgərova 1 il müddətinə azadlıqdan məhrum edilib. Lakin təyin olunan cəza 6 aylıq sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Aysel Babayeva ailə qurduqdan təxminən iki il sonra xəstəxanaya müraciət edib. Onun hamiləliyin planlaşdırılması və stimulyasiya məqsədilə tibb müəssisəsinə müraciət etdiyi bildirilir.

Expressxeberler.az-ı hər gün oxuyun, ən son xəbərlərdən xəbərdar olun!

53 baxış
Paylaş: