Cristiano Ronaldo Portuqaliya millisindən ayrıldı
Gündəm
Cristiano Ronaldo Portuqaliya millisinin düşərgəsini tərk edib.
Expressxeberler.az xəbər verir ki, futbolçu qərarını sosial media hesabında açıqlayıb. Ronaldo bu addımı Danimarka ilə qarşılaşma öncəsi baş məşqçi Xorxe Jezusla yaşanan fikir ayrılığından sonra atıb.
Futbolçu paylaşımında bildirib ki, baş məşqçinin mətbuat konfransından sonra və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə keçirdiyi görüşün ardından milli komandanın düşərgəsindən ayrılmaq qərarına gəlib.
Ronaldo qərarının səbəblərini uyğun vaxtda Portuqaliya ictimaiyyətinə açıqlayacağını qeyd edib və millinin qarşıdakı oyunlarında komanda yoldaşlarına uğurlar arzulayıb.
Qeyd edək ki, Cristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda da çıxış edir.
14
baxış



