Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ

IMG_0708 Gündəm
13:17 Expressxeberler.az

“Expressxeberler.az-ın məlumatına görə,” “Gold Məkan” MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

Nərimanov Rayon Məhkəməsində hakim T. Musayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində A. Məmmədov 2 il müddətinə dövlət və özəl yerli idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Məlumata görə, A. Məmmədovun rəhbərlik etdiyi şirkət Bakı şəhərində 100 kvadratmetr sahəsi olan yaşayış evini söküb, lakin zərərçəkən şəxsə heç bir kompensasiya ödənilməyib.

‼️ Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun!

852 baxış
Paylaş: