Rich Plaza sakinlərin illərdir istifadə etdiyi yolu bağladı -VİDEO

IMG_8834 Cəmiyyət
19:49 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Yasamal rayonunda “Rich Plaza”nın ərazisindən keçən və sakinlərin illərdir istifadə etdiyi yol dəmir qapı ilə bağlanıb.

Sakinlər həmin keçiddən istifadə edərək marketə gedir, digər tərəfə keçir və avtobus dayanacağına çatırdılar. Lakin keçidin bağlanmasından sonra ərazidə yaşayan insanlar eyni istiqamətə getmək üçün yolu təxminən 700 metr artırmalı olurlar.

Sözügedən qapının “Rich Plaza” tərəfindən bağlandığı bildirilir. Bu qərarın ərazidə yaşayan sakinlərin gündəlik hərəkətinə ciddi çətinlik yaratdığı görünür.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən xahiş edirik ki, vəziyyəti diqqətə götürsün və sakinlərin illərdir istifadə etdiyi keçidin bağlanması məsələsinə aydınlıq gətirilsin.

Expressxeberler.az olaraq məsələni diqqətdə saxlayacağıq.

363 baxış
Paylaş: