YAP-ın qurultayının əsas siyasi məzmunu… – Qafarov
Gündəm
Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi yeri onun yalnız siyasi təşkilat kimi fəaliyyət göstərməsi ilə məhdudlaşmır.
Express xəbərlər xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.
O bildirib ki, partiyanın meydana çıxması ölkənin mürəkkəb ictimai-siyasi şərait yaşadığı, dövlətçilik institutlarının ciddi sınaqlardan keçdiyi bir dövrə təsadüf edib:
“Prezident, YAP sədri İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər də bu tarixi mərhələyə yeni prizmadan nəzər salmağa imkan verir. Dövlət başçısının “Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi” fikri partiyanın siyasi dayağının mahiyyətini ifadə edir. YAP-ın yaranması ilə bağlı əsas mühüm məqamlardan biri həmin prosesin Heydər Əliyev amili ilə bilavasitə bağlı olmasıdır. O illərdə cəmiyyətdə sabitliyə, idarəçilik təcrübəsinə və milli maraqları qorumağa qadir siyasi iradəyə ehtiyac getdikcə daha aydın görünürdü. İlham Əliyevin qurultayda Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışını xalqın tələbi kimi xarakterizə etməsi də məhz bu kontekstdə əhəmiyyət daşıyır. Bu baxımdan YAP-ın siyasi tarixini dövlətçilik ideyasının qorunması və inkişaf etdirilməsi zərurəti ilə birlikdə nəzərdən keçirmək lazımdır”.
Millət vəkili qeyd edib ki, bu gün həmin tarixi xəttin əsas mühüm xüsusiyyəti onun dəyişməz prinsiplərlə yeni şəraitə uyğunlaşmasıdır:
“Prezident İlham Əliyev qurultayda Ulu Öndərin siyasi xəttinin dəyişməz qaldığını vurğulayaraq onun əsas istiqamətlərini müstəqillik, dövlətçilik, iqtisadi inkişaf, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə kimi müəyyənləşdirib. Burada əsas məqam həmin istiqamətlərin dövlət siyasətində bir-birini tamamlamasıdır. Müstəqil siyasi qərarlar üçün iqtisadi imkan, iqtisadi dayanıqlıq üçün güclü dövlət institutları, dövlətin təhlükəsizliyi üçün isə müdafiə qabiliyyəti tələb olunur. Beləliklə, bu istiqamətlər vahid dövlətçilik konsepsiyasını tamamlayır. Son illərin təcrübəsi bu siyasi xəttin praktiki nəticələrini də aydın göstərib. 2020-ci il Zəfərindən sonra qarşıya qoyulan əsas məqsəd ərazi bütövlüyünün tam bərpası…”
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



