Yasamalda süjetimizdən sonra hərəkətə keçildi – Rich Plaza-nın bağladığı yol açıldı-VİDEO

IMG_8963 Cəmiyyət
20:36 Expressxeberler.az

Expressxeberler.az-ın süjetindən sonra yol açıldı – sakinlərə rahatlıq

Expressxeberler.az xəbər verir ki, Yasamalda Rich Plaza tərəfindən bağlanan və sakinlərin illərdir istifadə etdiyi yol ilə bağlı hazırladığımız süjetdən sonra məsələ həllini tapıb.

Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları əraziyə gələrək müdaxilə edib və qapının sakinlərin üzünə açılmasını təmin ediblər.

Artıq sakinlər rahat şəkildə marketə gedə, digər yola keçə və avtobus dayanacağına gedə bilərlər.

Xeyirli-uğurlu olsun! Sakinlərin probleminə operativ münasibət göstərdiyi üçün Yasamal Rayon İcra Hakimiyyətinə təşəkkür edirik.

Expressxeberler.az olaraq, sakinləri narahat edən məsələləri gündəmə gətirməyə və nəticəsini izləməyə davam edəcəyik.

764 baxış
Paylaş: