Yaşar Qafanlıdan Pünhana sərt mesaj: Yumdu gözünü, açdı ağzını!-ŞOK VİDEO

IMG_9296 Gündəm
02:59 Expressxeberler.az

Yaşar Qafanlıdan Pünhana sərt mesaj: “Yumdu gözünü, açdı ağzını!”

Expressxeberler.az xəbər verir ki, müğənni Yaşar Qafanlı Alim Qasımov haqqında danışan Pünhan Piriyevə sərt sözlər ünvanlayıb.

Yaşar Qafanlı Expressxeberler.az-a açıqlamasında bildirib ki, Pünhan hələ böyük sənətkarlar haqqında bu cür danışacaq yaşda və səviyyədə deyil.

Sənətçi qeyd edib ki, Pünhan “başından böyük hərəkətlər edir”, böyük sənətkarların adını çəkir və vaxt keçdikcə özünün də bu fikirlərin səhv olduğunu anlayacağını düşünür.

Yaşar Qafanlı həmçinin vurğulayıb ki, sənətkarların qədrini bilmək lazımdır və hər kəs böyük sənətkarlar haqqında fikir bildirə bilməz.

Həmin anların görüntülərini təqdim edirik.

806 baxış
Paylaş: