Azərbaycan kuboku: “Qaradağ” 12-0 qalib gəldi
Gündəm
Expressxeberler.az xəbər verir ki, futbol üzrə Azərbaycan Kubokunun 2026/27-ci illər mövsümünə 1-ci təsnifat mərhələsi ilə start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.
“Qaradağ Lökbatan” öz meydanında “Şəki”ni qəbul edib və rəqibinə heç bir şans verməyərək 12:0 hesabı ilə qalib gəlib.
Digər görüşdə isə “Şəmkir” “Ağstafa Gəncləri” ilə qarşılaşıb. Qonaq komanda matçı 5:1 hesablı qələbə ilə başa vurub.
Nəticələr:
“Qaradağ Lökbatan” – “Şəki” 12:0
“Şəmkir” – “Ağstafa Gəncləri” 1:5
Beləliklə, “Qaradağ Lökbatan” və “Ağstafa Gəncləri” Azərbaycan Kubokunun növbəti mərhələsinə yüksəlib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
339
baxış



