İlham Əliyev: “Türkmənistanın bu hədiyyəsi xalqlarımızın dostluğunun təzahürüdür”-VİDEO
Dünya
Expressxeberler.az xəbər verir ki, Prezident İlham Əliyev hazırda Türkmənistanda səfərdədir.
Dövlət başçısı Türkmənistanın təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd edib.
İlham Əliyev bildirib ki, ötən il məscidin təməlinin qoyulmasında Qurbanqulu Berdiməhəmmədovla birlikdə iştirak edib. Prezident qeyd edib ki, qardaş Türkmənistanın Azərbaycana bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür.
Dövlət başçısı Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş ölkələrin dəstəyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etdiyini bildirib.
İlham Əliyev bu yardımı yüksək qiymətləndirdiyini qeyd edib.



