Rəşid Mahmudovdan gözlənilməz sözlər: “Cəriməni ödəməyə pulum yoxdur”
Cəmiyyət
Rəşid Mahmudov Elza Seyidcahana 500 manat ödəməlidir: “Pulum yoxdur”
Expressxeberler.az xəbər verir ki, tibb elmləri namizədi Rəşid Mahmudovun müğənni, Əməkdar artist və bəstəkar Elza Seyidcahana mənəvi ziyana görə 500 manat ödəməsi barədə məhkəmə qərarı çıxarılıb.
Rəşid Mahmudov qərara münasibət bildirərək məhkəmənin hökmündən xəbərsiz olduğunu deyib.
O bildirib ki, Yasamal Rayon Məhkəməsi onu prosesə çağırmayıb:
“Nə cərimə yazırlarsa, yazsınlar. Pulum yoxdur. Mən demişəm, sözümün arxasındayam. Düz söz demək olmur. Sən özünü başqasından üstün sayırsansa, bu, dəlilik əlamətidir. Kitablarda da yazılıb. Dediyim fikirdə də qalıram”.
Qeyd edək ki, Elza Seyidcahan Rəşid Mahmudovun efirdə onun barəsində təhqiramiz ifadələr işlətdiyini iddia edərək məhkəməyə müraciət etmişdi. O, mənəvi zərərə görə 10 min manat təzminat tələb etmişdi.
Yasamal Rayon Məhkəməsi iddianı qismən təmin edib. Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana 500 manat ödəməlidir.



