“Xalaqızı” vəfat etdi

IMG_0950 Hadisə
10:42 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar. Bildirilib ki, 74 yaşlı veteran hərbçi Bakıda xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Növrəstə Yusifova sovet dövründə Bakıda qülləli kran maşinisti kimi çalışıb. O, Azərbaycanın 7-ci dərəcəli ilk qadın maşinisti olub.

Atıcılıq idmanı üzrə 1974-cü ildə Azərbaycan çempionatında ikinci, 1975-ci ildə isə birinci yeri tutub. 17 mart 1992-ci ildə ilk qadın snayper kimi orduda qeydiyyata alınıb. 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsində snayper kimi iştirak edib.

Hərbçilər arasında “Xalaqızı” ləqəbi ilə tanınan Növrəstə Yusifova 1997-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edirdi.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

18 baxış
Paylaş: