5 günə həbsdən çıxan Navai qonorarını artırdı
Gündəm
Navai” ləqəbi ilə tanınan azərbaycanlı reper Nəvai Bəkirov Qazaxıstanda narkotik qaçaqmalçılığı ilə bağlı cinayət işi çərçivəsində yaşanan hadisələrdən sonra çıxışlarının qiymətini artırıb.
Expressxeberler.az xəbər verir ki, reper Rusiyadakı konsertləri üçün bilet satışını bərpa edib. Konsertlərin tarixləri oktyabrdan noyabr ayına keçirilib.
Bununla yanaşı, ifaçının qonorarında da artım qeydə alınıb. Onun özəl tədbirlərdə çıxış qiyməti 4 milyon rubldan 5 milyon rubla yüksəlib.
Qeyd edək ki, Navai bir müddət əvvəl Qazaxıstandan deportasiya edildikdən sonra Moskvaya qayıdıb.
Xatırladaq ki, reper Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığı şübhəsi ilə saxlanılmışdı. Daha sonra onun barəsindəki cinayət işinə xitam verilib və o, ölkədən çıxarılıb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



