“Qiyamət günü”nün TARİXİ Açıqlandı-Bəşəriyyət necə məhv ola bilər?

IMG_1091 Dünya
09:03 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, “The Lancet” jurnalının komissiyası tərəfindən hazırlanan yeni hesabatda nüvə müharibəsi və süni intellektin pis məqsədlərlə istifadəsinin 2100-cü ilə qədər bəşəriyyət üçün fəlakətli nəticələr yarada biləcəyi bildirilib.

35 mütəxəssisin üçillik araşdırmasına əsaslanan hesabatda hava çirkliliyi, iqlim böhranı, aclıq, antibiotiklərə qarşı müqavimət və beynəlxalq səhiyyə yardımının azalması da əsas qlobal təhlükələr sırasında göstərilib.

Mütəxəssislər qeyd ediblər ki, vaxtında görüləcək tədbirlər, iqlim dəyişikliyinin məhdudlaşdırılması və texnoloji yeniliklərə investisiyalar milyardlarla illik sağlam həyatın xilasına kömək edə bilər.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler #Expressxeberler.az

549 baxış
Paylaş: