“Anam kimi mən də 40 yaşında ana oldum”
Gündəm
Expressxeberler.az xəbər verir ki, müğənni özəl günündə ARAZ FM-də yayımlanan “Kəşfet” verilişinə müsahibə verərək təəssüratlarını bölüşüb. Sənətçi ad günü ilə bağlı ilk təbriki qızından aldığını deyib və bu günü ailəsi ilə birlikdə keçirəcəyini bildirib.
“Məni sevənlər, həmkarlarım təbrik edir. Ad günümü ailəmlə keçirəcəyəm. İnsanın özünə aid olan gündür. Pafosdan uzaq olub, özümə həsr etmək istəyirəm. Yubileyimi böyük keçirəcəyəm”, – deyə sənətçi bildirib.
Zülfiyyə Xanbabayeva arzularından da danışıb:
“Arzular tükənsə, biz tükənərik. Dünyaya gec gəlmişəm. Anamın 40 yaşında dünyaya gəlmişəm. Qızım Dənizi də mən 40 yaşımda dünyaya gətirdim. İndi arzularım qızımla bağlıdır. Evimdə 19 yaşında qızım var. Özümə qarşı da arzularım var. Nə qədər sənətdəyəm, dinləyicilərimə qulluq etməliyəm”.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



