1696-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi

IMG_1038 Gündəm
18:37 Expressxeberler.az

Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı məlumatı yenilədi

Rusiya müharibənin 1696-cı günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

O bildirib ki, müharibə başlayandan indiyədək Ukrayna ordusunun 674 təyyarəsi, 284 helikopteri, 263 235 pilotsuz uçuş aparatı (PUA), 672 zenit-raket kompleksi, 31 251 tank və digər zirehli texnikası, 1 790 reaktiv yaylım atəşi sistemi, 36 738 artilleriya qurğusu və minaatanı, eləcə də 74 686 xüsusi hərbi avtomobil texnikası məhv edilib.

Qeyd edək ki, bu rəqəmlər Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumatlardır və müstəqil şəkildə təsdiqlənməyib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

37 baxış
Paylaş: