Nadir Qafarzadədən təşkilatçılara sərt sözlər
Gündəm
Expressxeberler.az xəbər verir ki, müğənni Nadir Qafarzadə toy təşkilatçılığı ilə məşğul olan bəzi şəxsləri sərt tənqid edib.
Sənətçi bildirib ki, bəzi təşkilatçılar toy sahiblərinə təsir göstərərək onların müğənni seçiminə müdaxilə edir, müəyyən ifaçıları pisləyərək öz istədikləri sənətçiləri önə çəkirlər. Nadir Qafarzadə bu cür davranışları həmkarlarının haqqına girmək kimi qiymətləndirib.
“Sözüm haram yeyənlərədir. Burada bütün musiqiçilər adından danışıram. Ürəkləri yoxdur, mən böyükürəkliyəm, danışıram. Mübarizə aparmağı bacarıram. Bəzi təşkilatçılar var ki, toy sahibini yönəldirlər. Bir adamı pisləyib mənasız müğənnilərini toy sahibinin beyninə yeridirlər. Toy sahibi istədiyini çağıra bilmir. Utanmırsınız, evinizə haram pul aparırsınız?
Elza Seyidcahan demişkən, tikək sizin ağzınızı. Böyük qıyıqla tikək ki, ağzınızı açıb başqasının haqqında danışmayasınız, ədalətli olasınız. Başqasının haqqına girməyəsiniz. Sizdən üzr də istəmirəm”, – deyə müğənni bildirib.
Nadir Qafarzadə vurğulayıb ki, bu açıqlamaları maddi qazanc əldə edə bilmədiyi üçün səsləndirmir. O, hazırda da toy məclislərində iştirak etdiyini və əsas narazılığının bəzi təşkilatçıların işə müdaxilə etməsi ilə bağlı olduğunu deyib.
“Gileylənmirəm, elə indi toyumdayam. Sabah da, o biri gün də toydayam. Amma söhbət sizin işi burmağınızdan gedir. Tək mən yox, digər həmkarlarımız var. Niyə də qazanmayıq? İnsan həyata pul qazanmaq üçün gəlib. Siz şeytansınız, Allahın sizdən xəbəri yoxdur”, – deyə sənətçi əlavə edib.
Ən son xəbərlər üçün Expressxeberler.az saytını izləyin.



