Hikmət Hacıyev: “Acı xatirələri Azərbaycan xalqının yaddaşından silə bilmərik”

IMG_1575 Gündəm
16:16 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən səmimi olmaq vacibdir. Azərbaycanın tarixində xalqın yaddaşından silinməsi mümkün olmayan acı xatirələr var.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” adlı xüsusi sessiyada bildirib.

Hikmət Hacıyev vurğulayıb ki, həmin xatirələr Azərbaycan xalqının tarixinin və mədəniyyətinin bir hissəsinə çevrilib.

Prezidentin köməkçisi Azərbaycanın revanş almaq niyyətində olmadığını da qeyd edib. Bununla yanaşı, onun sözlərinə görə, bölgədə əbədi sülhün bərqərar olması üçün hələ görüləsi çoxlu iş, həyata keçiriləsi tədbir və təşəbbüs var.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#HikmətHacıyev #Azərbaycan #Ermənistan #Sülh #Qarabağ #Expressxeberler #Expressxeberler.az

38 baxış
Paylaş: