Rafet El Roman azərbaycanlı tibb bacısı ilə evlənir-FOTO
Gündəm
Expressxeberler.az xəbər verir ki, Türkiyənin tanınmış müğənnisi Rafet El Romanın uzun müddətdir kimliyini gizli saxladığı nişanlısının azərbaycanlı olduğu məlum olub.
58 yaşlı sənətçinin 32 yaşlı azərbaycanlı tibb bacısı Rahimə Hacıyeva ilə ailə qurmağa hazırlaşdığı bildirilir.
Müğənni bir neçə ay əvvəl nişanlandığını açıqlasa da, gələcək həyat yoldaşının kimliyini ictimaiyyətdən gizli saxlayırdı. O, yalnız nişanlısının azərbaycanlı olduğunu bildirmişdi.
Cütlüyün birlikdə çəkilmiş fotoları da ilk dəfə ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, Rafet El Roman daha əvvəl iki dəfə ailəli olub və üç övladı var. Sənətçi üçüncü dəfə evlənməyə hazırlaşır. Onunla nişanlısı arasında 26 yaş fərq olduğu bildirilir.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#RafetElRoman #RahiməHacıyeva #Azərbaycan #Türkiyə #Maqazin #Expressxeberler #Expressxeberler.az



