Nə qədər müraciət edirik, icazə ala bilmirik”
Gündəm
Müğənni Vüsal Əliyev Heydər Əliyev Sarayında konsert vermək arzusunu reallaşdıra bilmir.
Expressxeberler.az xəbər verir ki, ifaçı bu barədə “1001 Şou” verilişində danışıb.
O bildirib ki, sarayda səhnəyə çıxmaq üçün dəfələrlə müraciət etsə də, hələlik müsbət cavab ala bilməyib.
“Təəssüf olsun ki, nə qədər müraciət edirik, amma hələ ki, icazə ala bilmirik. Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur. Xəbər göndərirəm, bir müddət keçir və cavab gəlir ki, olmaz”, – deyə müğənni bildirib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
83
baxış



