“Harri Potter”in aktrisasının ikinci övladı oldu
Dünya
Expressxeberler.az
“Harri Potter” filmində Cinni Uizli rolu ilə tanınan britaniyalı aktrisa Bonni Raytın ikinci övladı dünyaya gəlib.
Expressxeberler.az xəbər verir ki, aktrisa bu barədə sosial şəbəkədə məlumat yayıb. Onun Aster Skay adlı oğlu dünyaya gəlib.
Qeyd edək ki, Endryu Lokoko ilə ailəli olan aktrisanın bu evlilikdən bir qızı da var.
121
baxış



