“Atam bəzən öz davranışlarının fərqində olmur” – Ramiz Mehdiyevin general oğlu

IMG_0539 Gündəm
16:49 Expressxeberler.az

Ramiz Mehdiyevin oğlu: “Atam nə dediyinin fərqində olmurdu”

Expressxeberler.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində ailə üzvləri də şahid qismində dindirilib.

Məlumata görə, onun oğlu, fövqəladə hallar nazirinin sabiq müavini, general-mayor Teymur Mehdiyev atasının ittiham olunduğu cinayətlərlə bağlı ifadə verib.

Teymur Mehdiyev istintaqa bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib və yaddaş pozğunluğu olub.

“Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyinin, hansı hərəkəti etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”, – deyə o bildirib.

Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.

Sabiq PA rəhbəri hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

#RamizMehdiyev #TeymurMehdiyev #Azərbaycan #Expressxeberler #Expressxeberler.az

210 baxış
Paylaş: