Tələbələri alçaldan şəxs barədə qərar verildi – Universitetdən xaric edildi
Gündəm
Expressxeberler.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) sosial şəbəkələrdə yayılan və tələbələrlə bağlı aşağılayıcı ifadələrin səsləndirildiyi video ilə bağlı qərar qəbul edib.
Universitetin açıqlamasına görə, görüntülərdəki şəxslər bacı-qardaşdır. Qız ADMİU-da təhsil almır və işləmir. Onun qardaşı Kənan Zindadil isə universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.
Məsələ ilə bağlı İntizam Komissiyasının iclası keçirilib və Kənan Zindadilin universitetdən xaric edilməsi barədə qərar qəbul olunub. Qərar rektor tərəfindən rəsmiləşdirilərək qüvvəyə minib.
Universitet tələbələrin hüquq və mənafelərinin qorunmasına xüsusi həssaslıqla yanaşdığını bildirib.



